Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2005 00:03

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Baş Tibb Xidməti qərargah zabitləri” kursu keçirilir.
Azərbaycan Respublikası ilə Qazaxıstan arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, oktyabrın 24-dən 27-dək Bakı şəhərində nümayəndə heyətlərinin görüşləri;
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, oktyabrın 24-dən 27-dək Münxen şəhərində “Almaniya Mühəndislik Akademiyası ilə tanışlıq”;
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, oktyabrın 26-dan 28-dək Buxarest şəhərində “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının həyata keçirilməsi üzrə təcrübə mübadiləsi” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.