AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 23-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 16:15-dən 17:00-dək Tərtər rayonunun işğal olunmuş Talış kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.