NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi plana uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- oktyabrın 17-dən 21-dək Roma şəhərində (İtaliya Respublikası) “Yüksək rütbəli zabitlər və səfirlər üçün kurs”, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Açıq mənbələrdən kəşfiyyat” və “Çoxmillətli qüvvələrlə tanışlıq” kursları;
- oktyabrın 17-dən 28-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Silahlı münaqişələr hüququ” üzrə kurs və Brunsum şəhərində (Niderland Krallığı) “Çoxmillətli Birləşmiş Əməliyyat Qüvvələri” üzrə təlim keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.