Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, oktyabrın 19-dan 21-dək Heydelberq şəhərində (Almaniya Federativ Respublikası) “Avropa Ordularının 13-cü illik konfransı”;
Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, oktyabrın 19-dan 21-dək Kiyev şəhərində “Mədəni-kütləvi işlərin və asudə vaxtın təşkili” üzrə işçi görüşü keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.