Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığı Baş Qərargahı tərəfindən Bakıda keçirilən hərbi əməkdaşlıq üzrə ekpert işçi görüşünə gəlmiş Baş Qərargah rəisinin dəstək üzrə müavini general-mayor Dimitrios Panagiotunu və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan 1994-cü ildən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirak edir. Bu ildən isə Fərdi Tərəfdaşlığın Fəaliyyət Planına (IPAP) qoşulmuşdur. İnanırıq ki, sizin bu səfəriniz Azərbaycan-NATO əməkdaşlığının bir daha sıxlaşmasına təkan verəcəkdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənitsan-Azərbaycan münaqişəsinə toxunaraq demişdir: “Ermənistan heç bir vəchlə işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq istəmir. Azərbaycan isə öz torpaqlarını mütləq azad edəcəkdir”.
General D.Panagiotu qəbul üçün Azərbaycanın Müdafiə nazirinə təşəkkür etmiş və Azərbaycana gəlmiş NATO missiyası haqqında ətraflı məlumat verərək demişdir: “Məqsədimiz Azərbaycanın NATO-ya inteqrasiyasını gücləndirməkdir”.  
Tərəflər Azərbaycan-NATO əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar.