AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- oktyabrın 10-dan 13-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Hərbi əməkdaşlıq üzrə ekspertlərin işçi görüşü”; - oktyabrın 10-dan 15-dək Odessa şəhərində (Ukrayna) “Beynəlxalq humanitar hüquqa dair konkurs” keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 11-də Ağdam rayonunun Yusifcanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hilmi Özkök oktyabrın 6-da Bakıya rəsmi səfərə gəlmişdir.
Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hilmi Özkök oktyabrın 6-da Bakıya rəsmi səfərə gələcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- oktyabrın 3-dən 14-dək Roma şəhərində (İtaliya Respublikası) “Sülh Naminə Tərəfdaşlıq inteqrasiya kursu”, Ankara şəhərində (Türkiyə Respublikası) “NATO taktiki mülki-hərbi əməkdaşlıq” kursu; - oktyabrın 4-dən 7-dək Pöti şəhərində (Belçika Krallığı) “Tərəfdaşlığın canlı idarə edilməsi və mübadiləsi sistemi” üzrə kurs, oktyabrın 4-dən 7-dək Sevastopol şəhərində (Ukrayna) “Sea Breeze 2006” təliminin ilkin planlaşdırma konfransı keçirilir.