AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hilmi Özkök oktyabrın 6-da Bakıya rəsmi səfərə gələcəkdir.
Səfər proqramına Respublika Prezidenti, Milli Məclisin sədri, müdafiə naziri ilə görüşlər və Silahlı Qüvvələrin təhsil müəssisələri ilə tanışlıq daxildir.
Səfər oktyabrın 8-də başa çatacaqdır.