Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- oktyabrın 3-dən 14-dək Roma şəhərində (İtaliya Respublikası) “Sülh Naminə Tərəfdaşlıq inteqrasiya kursu”, Ankara şəhərində (Türkiyə Respublikası) “NATO taktiki mülki-hərbi əməkdaşlıq” kursu;     
- oktyabrın 4-dən 7-dək Pöti şəhərində (Belçika Krallığı) “Tərəfdaşlığın canlı idarə edilməsi və mübadiləsi sistemi” üzrə kurs, oktyabrın 4-dən 7-dək Sevastopol şəhərində (Ukrayna) “Sea Breeze 2006” təliminin ilkin planlaşdırma konfransı keçirilir.
Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, oktyabrın 3-dən 7-dək Bakı şəhərində “Kütləvi qırğın silahları ilə törədilmiş cinayət yerində əməliyyatlar” üzrə kurs keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.