Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2005 00:02

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- oktyabrın 10-dan 13-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Hərbi əməkdaşlıq üzrə ekspertlərin işçi görüşü”;  
- oktyabrın 10-dan 15-dək Odessa şəhərində (Ukrayna) “Beynəlxalq humanitar hüquqa dair konkurs” keçirilir.
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, oktyabrın 10dan 14-dək Koblenz şəhərində “Hərbi Tibb Xidməti üzrə görüş”;
Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, oktyabrın 10-dan dekabrın 16-dək Buxarest şəhərində “Briqada qərargah zabitləri kursu” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.