AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Xəbər verdiyimiz kimi, Ermənistan müdafiə naziri hərbi əməliyyatları genişləndirəcəyi ilə Azərbaycanı hədələyərək onu sülh danışıqlarına məcbur edəcəyini bildirmişdir.
Qışın düşməsi, çoxlu qarın yağması təbii olaraq döyüşçülərimizin həyat şəraitini ağırlaşdırır, döyüş texnikasının hərəkətini, monevr etməsini, Hərbi Hava Qüvvələrinin işini çətinləşdirir.
Son vaxtlar Ermənistan silahlı qüvvələri öz qəsbkarlıq niyyətlərini həyata keçirmək üçün həm işğal etdikləri ərazilərdən, həm də Azərbaycanla sərhəddə yerləşən bölgələrindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə həmlələr edirlər.
Erməni işğalçıları yeni torpaqları zəbt etmək məqsədilə Füzuli cəbhəsində həmlələr edirlər.
Yanvarın 4-nə keçən gecə cəbhə xəttində əhəmiyyətli dəyişiklik baş verməyib.
Bu gün gündüz saat 12-13 arası Qubadlı bölmələrinin döyüşçüləri Səfiyan Xanalar istiqamətində cəmləşən erməni ordusunun qüvvələrinə sarsıdıcı zərbələr endirmişlər.
Yanvarın 3-nə keçən gecə və bu gün səhər cəbhədəki vəziyyət əsasən dəyişməyib.
Bu gün, yanvarın 2-də, cəbhə xəttində nəzərə çarpacaq dəyişiklik olmamışdır.
Döyüşçülərimiz bayram əhval-ruhiyyəsi ilə arxayınlaşmayaraq yeni il ərəfəsi və 1993-cü ilin ilk gününü də erməni işğalçılarını dinc qoymayıb, onlara təsirli zərbələr endiriblər.
Erməni işğalçıları hətta 1992-ci ilin son günündə və yeni 1993-cü ilə keçən gecə ərzində öz murdar əməllərindən əl çəkməyiblər.