Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Bu gün, yanvarın 2-də, cəbhə xəttində nəzərə çarpacaq dəyişiklik olmamışdır. Milli Ordumuzun hissələri yeni il ərəfəsində azad etdikləri Laçın rayonunun 4 kəndini əvvəlki tək nəzarət altında saxlayırlar.
Dünən biz artıq xəbər vermişdik ki, Sırxavənd istiqamətində Ermənistan Hərbi-Hava Qüvvələrinin vertolyotu vurulub. Hava hücumundan müdafiə idarəsindən aldığımız əlavə məlumata görə, dünən təxminən 3 saat sonra həmin istiqamətdə ermənilərin ikinci vertolyotu vurulub yerə salınıb. 1992-ci ilin dekabr və 1993-cü ilin ilk günləri ərzində ümumi hesabla düşmənin 7 vertolyotu və 1 samolyotu uçuşda məhv edilib. Respublika Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının döyüşçüləri Azərbaycan səmasını sayıqlıqla gözləyirlər.