Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Döyüşçülərimiz bayram əhval-ruhiyyəsi ilə arxayınlaşmayaraq yeni il ərəfəsi və 1993-cü ilin ilk gününü də erməni işğalçılarını dinc qoymayıb, onlara təsirli zərbələr endiriblər. Cəbhə boyu düşmənin bütün hücum cəhdləri dəf edilib. Belə ki, dünən axşam Qazax və Ağstafa sahələrində dövlət sərhədimizə qəsd edən erməni silahlı birləşmələri 5 saat davam edən döyüş nəticəsində geri oturdulub. Bu gün gündüz Ağstafa rayonunun Köhnəqışlaq kəndinə erməni hücumu təkrar olunub. Milli Ordumuzun əsgərləri bu dəfə də düşmən basqınını dəf ediblər. Burada atışmalar hələ də davam edir. Düşmən layiqli cavab alır və bir daha sərhədimizi keçməyə cürət etmir.
Hava hücumundan müdafiə qüvvələrimiz xüsusilə fərqləniblər. Bu gün saat 15 radələrində Sırxavənd istiqamətində ermənilərə məxsus 1 hərbi vertolyot vurulub. Topçularımız da bu gün pis işləməyiblər. Füzuli cəbhəsində mövqelərimizi atəşə tutan erməni tankı sərrast atəşlə məhv edilib. Bütünlüklə müharibənin daha bir günü Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyü ilə keçib.