AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yanvarın 3-nə keçən gecə və bu gün səhər cəbhədəki vəziyyət əsasən dəyişməyib. Dünən gün ərzində Ağstafa rayonunun Köhnə Qışlaq kəndini əhatə edən 3 sərhəd yüksəkliyi uğrunda yerli əhəmiyyətli döyüşlər gedib. Döyüş əsnasında Köhnə Qışlaq kəndi toplardan atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin 1 topu vurulub. Eyni vaxtda Qazax rayonunun Məzəm, Quşçu Ayrım kəndləri də Ermənistan ərazisindən tank, PDM və iriçaplı pulemyotlardan atəşə məruz qalıb. Düşmənə cavab atəşi açılıb.