AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu gün gündüz saat 12-13 arası Qubadlı bölmələrinin döyüşçüləri Səfiyan Xanalar istiqamətində cəmləşən erməni ordusunun qüvvələrinə sarsıdıcı zərbələr endirmişlər. Düşmənin 1 zirehli texnikası və xeyli canlı qüvvəsi məhv edilib.
Zəngilan istiqamətində də döyüşçülərimiz sayıqlıq göstərirlər. Qafan-Çəkətin səmtində ermənilərin texnikası və canlı qüvvələrinin hərəkətinə nəzarət edilir.
Qalan bölgələrdə nisbi sakitlikdir.
Azərbaycan Ordusunun bölmələri öz mövqelərində möhkəmlənməkdə davam edirlər.