Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Yanvar 1993 10:00

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 4-nə keçən gecə cəbhə xəttində əhəmiyyətli dəyişiklik baş verməyib. Ötən gecə Zəngilan rayonunun ərazisi 1 saat ərzində toplardan və “QRAD” qurğularından atəşə tutulub. Döyüşçülərimiz cavab atəşi açaraq düşmənin atəş nöqtələrini susdurublar.
Düşmən şimal-qərb sərhədlərimizdəki mövqelərimizi atəşə tutmaqda davam edir. Yanvarın 4-nə keçən gecə Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı sərhəd gözətçi məntəqəsi Ermənistanın Çinar kəndi istiqamətindən atəşə tutulub.
Cəbhənin digər hissələrində gecə nisbətən sakit keçmişdir.