Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Yanvar 1993 18:00

Müdafiə Nazirliyinin məlumatı

Erməni işğalçıları yeni torpaqları zəbt etmək məqsədilə Füzuli cəbhəsində həmlələr edirlər. Bu gün səhər tezdən hücuma keçən erməni ordu birləşmələri Füzuli rayonunun Aşağı Veysəlli kəndinə daxil ola biliblər. Ordumuzun Füzuli bölgəsində yerləşən bölmələri əks-hücuma keçərək düşməni kənddən vurub çıxarıblar və onu təqib edirlər.
Erməni təcavüzkarları cəbhənin başqa hissələrində də dinc durmurlar. Ötən gecə Zəngilan rayonunun ərazisi 1 saat ərzində toplardan və “QRAD” qurğularından atəşə tutulub. Döyüşçülərimiz cavab atəşi açaraq düşmənin atəş nöqtələrini susdurublar.
Düşmən şimal-qərb sərhədlərimizdəki mövqelərimizi atəşə tutmaqda davam edir. Yanvarın 4-nə keçən gecə Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı sərhəd gözətçi məntəqəsi Ermənistanın Çinar kəndi istiqamətindən atəşə tutulub.
Artıq qışdır. Hərbi əməliyyatlar gedən bölgələrdə çoxlu qar yağıb, şaxta var. Bu cür hava şəraitində vuruşan döyüşçülərimizin isti paltarlara böyük ehtiyacları var. Lerikdə artıq əsgərlərimiz üçün zəruri olan isti geyimlər hazırlanır. İndi siz buna həsr olunmuş kiçik sujetə baxacaqsınız.