Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2020 10:47

"Azərbaycan Ordusu" qəzeti № 53 (2471)

“Bu zirvədən o məkana bir döyüşlük yol qalıb”
Hər dəfə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə Vətənimizin müdafiəsində dayanan oğullarımızla tanışlıq ürəyimi qürurlandırır. Yolboyu Vətənimizin gözəl və rəngarəng təbiətinə baxmaqdan doymuram. Sıldırım qayaların qoynunda burula-burula, enli-ensiz yollar uzanıb gedir...davamı



“Mən Azərbaycan əsgəriyəm!”

Ön xətdə döyüş növbətçiliyi aparan əsgərlərimizlə söhbətləşəndə ruhumun kükrəyişini bütün varlığımla hiss edirəm. Əsgərlərin döyüş əzmində, qələbə ruhunda Böyük Qələbənin işartılarını görürəm...davamı



Türkiyə tarixinin qəhrəmanlıq səhifəsi

Türkiyə Cümhuriyyətinin şanlı hərb tarixinin çox önəmli səhifələrindən biri də 30 avqust zəfər bayramıdır.

Bu bayram şanlı türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir. Türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qətiyyətli mübarizə aparıb...davamı



“Dünya  Azərbaycan əsgərinin gücünə yaxşı bələddir”

Bu gün Azərbaycan Ordusu Vətəninə bağlı, sədaqətlə xidmət edən peşəkar hərbçilərdən ibarətdir. Belə hərbçilərdən biri ilə "N" hərbi hissəsində tanış olduq. Həmkarımız leytenant Sənan Quliyev artıq hərbi qulluqçular arasında xidməti və vətənpərvərliyi ilə seçilən gənc zabitlərdən biridir...davamı



“Biz öz torpaqlarımızı hər an işğaldan azad etməyə hazırıq”

Hər dəfə yola çıxanda özümdən asılı olmayaraq qəlbimi qəribə bir hiss bürüyür. Uca bir dağ yamacının, düzün, dərənin, təpənin belində kəmərə bənzəyən yollara baxdıqca gözümün qarşısında açılan mənzərədən sanki ruhum rahatlıq tapır, cismimə qəribə bir təpər gəlir...davamı



“Əsgərin sağlamlığı ordunun gücüdür”

"Sağlam bədəndə sağlam ruh olar" deyib atalar. Belə ki, bəşəriyyətin mövcudluğundan bu yana sağlamlıq ön plandadır. Təsadüfi deyil ki, hər kəs üçün sağlam can ən şirin nemət sayılır. Kimliyindən, peşəsindən, yaşından asılı olmayaraq insan övladı öz sağlamlığının qayğısına qalmalıdır...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Müasir cəmiyyətdə dinin yeri və rolu. Azərbaycanda islami dəyərlərin bərpası. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir.

Suallar:

1. Müasir cəmiyyətdə dinin yeri və rolu.

2. Azərbaycanda islami   dəyərlərin  bərpası.

3. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir...davamı



Azərbaycan əsgəri yüksək döyüş əzminə, qələbə ruhuna malikdir

Atamın yaddaşına istinadən 1993, ya da 1994-cü ildə bir rus əsgərinin "Krasnaya Zvezda" qəzetində dərc edilmiş etirafını xatırlayıram. Bu etiraf Azərbaycan Ordusunum güclü ordu olmasının etirafıdır, reallığın etirafıdır, həm də tarixi etirafdır... "...Biz daha Dağlıq Qarabağ uğrunda döyüşlərə getmək istəmirik. Çünki daha Azərbaycan Ordusu mövcuddur...".

Aparılan genişmiqyaslı islahatlar, silahlanmaya ən müasir döyüş texnikalarının, uçuş aparatlarının daxil edilməsi, bunlarla bir sırada irimiqyaslı təlimlər Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında olmasını təmin edib...davamı



“Şəxsi heyətin fiziki cəhətdən hazırlıqlı olması vacibdir”


Bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da idmana yüksək diqqət göstərilir. Çünki fiziki hazırlıq əsgərlərin sağlam, iradəli və dözümlü olmalarını təmin edir. Ona görə də komandirlərin qarşısında qoyulan əsas vəzifələrdən biri də Vətənin müdafiəsində dayanan oğullarımızın fiziki hazırlığına ciddi nəzarət etməkdir...davamı



“Asudə vaxtımızı səmərəli keçiririk”

Dövlətimizin gündən-günə iqtisadi cəhətdən güclənməsi ordu quruculuğu prosesinə də müsbət təsir göstərir. Bu gün Ali Baş Komandanımızın diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda aparılan islahatlar, müasir tələblər əsasında tikilən hərbi hissələr, arsenalımızda yer alan silah və texnikalar, ordumuzun NATO standartlarına uyğunlaşdırılması onu deməyə əsas verir ki, ölkəmizdə ordu quruculuğu prosesi əsas prioritet məsələdir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı