Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2021 12:00

"Azərbaycan Ordusu" qəzeti № 31 (2539)

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir

Aprelin 20-də Hacıqabul rayonuna səfər çərçivəsində bir sıra sosial obyektlərin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Müsahibəsində ölkə başçısı işğaldan azad olunan ərazilərdə gedən minatəmizləmə prosesindən söz açıb. "Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib"...davamı



Bu gün mənimsənilən biliklər sabahkı uğurların təminatçısıdır

Müharibəni artilleriyasız təsəvvür etmək mümkün deyil. Zaman keçdikcə, insan zəkası elmin hüdudlarını aşdıqca, başqa sahələrlə yanaşı, artilleriya silahlarının da yeni növləri kəşf olunur. Yeni-yeni silah-sursatlar hərbi sərgilərə çıxarılır. Bu gün müasir artilleriya qurğuları, əvvəlki nəsillərə nisbətən daha da uzaq kilometrlərlə məsafədəki hədəfləri vurmağa qadirdir. Deməli, indi hərbçilərimiz zamanla ayaqlaşmalı, daha bilikli, daha zəkalı və daha hazırlıqlı olmalıdırlar ki, bu qurğuların sirlərini dərindən mənimsəsinlər, onlardan istifadə etməklə hədəfləri dəqiq vurmağı bacarsınlar və düşməni daha tez məhv etsinlər...davamı



Qələbəni xalqımıza yaşadan oğullarımız

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. 44 gün davam edən əks-hücum əməliyyatı müvəffəqiyyətlə başa  çatdı. Vətən müharibəsi Böyük Zəfərlə yekunlaşdı. Bu zəfəri bizə yaşadan cəsur oğullarımız qorxu bilmədən düşmən üzərinə irəlilədilər, şəhidlərimizin qisasını aldılar...davamı



Döyüşdən sonra...

Şiddətli döyüşlər gedirdi. Bir-birinin ardınca gələn qələbə xəbərləri hamını ruhlandırırdı. Vətən torpaqlarının işğalına son qoyulurdu.

Cəbhədə əldə olunan uğurlar hər kəsin sonsuz sevincinə səbəb olurdu. Xalq bütövlükdə ölkə başçısının ətrafında sıx birləşib cəbhədə döyüşən oğullarımıza hər cür yardım edirdi. Bunun qarşılığında rəşadətli ordumuz düşmənin on illər boyu hazırladıqları "top dağıtmaz" istehkamlarını inamla darmadağın edərək addım-addım irəliləyirdi. Əlbəttə ki, bu cür gərgin döyüşlər itkisiz də mümkün deyildi...davamı



Qəhrəmanlıq ənənələrimiz daim yaşayacaq!

Minlərlə həmyerlimizin tərkidiyar olduğu tarixi torpaqları işğaldan azad etmək arzusu ilə alışıb-yanan oğullarımız ədaləti 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə 44 günə bərpa etməyi bacardı. Əzəli və əbədi ərazilərimizi işğala məruz qoyan düşmən qüvvələri güclü ordumuz qısa müddətdə darmadağın etdi. Məlumdur ki, müharibə varsa, şəhid də olacaq, yaralı da. Lakin Vətən müharibəsindəki qazanılan Böyük Qələbə həm də bütün şəhidlərimizin alınan Böyük Qisası olaraq tarixləşdi...davamı



Təcrübə məşğələlərin əsasında formalaşır

Hər bölmənin qarşısında qoyulan ilkin tələblərdən biri də yüksək nizam-intizamdır. Danılmaz faktdır ki, şəxsi heyətin hərbi intizamı sıradan başlayır. Təsdiq edilən döyüş hazırlığı planına əsasən, bölmələrdə mütəmadi olaraq sıra hazırlığından məşğələlər keçirilir. Dərslər zamanı hərbi qulluqçulara silahsız və silahla sıra hərəkətləri, əsgəri salamlaşma qaydaları, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borcları, sıra hazırlığına olan tələbləri, həmçinin yerdəyişmə qaydaları öyrədilir...davamı



“Yenidən başlamaq mümkün olsaydı...”

Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda cəsur oğullarımız erməni qəsbkarlarına qarşı vuruşdular. Onlar cəsarətləri ilə düşmənə qalib gələrək 44 gün ərzində işğala son qoydular. Xalqımıza böyük sevinc yaşatdılar. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlər itkisiz ötüşmədi. Torpaqlarımızın müdafiəsinə qalxan zabit və əsgərlərimizdən Vətən yolunda canından keçənlər də oldu...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: 1941-1945-ci illərdə alman faşizminə qarşı aparılan mübarizədə Azərbaycan xalqının rolu.
Suallar:

1. Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması.

2. Azərbaycan II Dünya müharibəsi illərində.

3. Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları...davamı




“Asudə vaxtımızı səmərəli keçiririk”

"N" hərbi hissəsində şəxsi heyət asudə vaxtda qəzet, jurnal və kitab oxuyur, televiziya verilişlərini, tariximizdən bəhs edən filmləri izləyir, dama, şahmat, futbol və voleybol oynayırlar. Bu amillər şəxsiyyətin hərtərəfli inkişafı, fiziki, mənəvi və estetik mədəniyyətin yüksəlməsi üçün əsas vasitədir. Bu gün bütün hərbi hissələrdə asudə vaxtın səmərəli təşkili üçün məqsədyönlü işlər görülüb. İdeoloji otaqlar və istirahət guşələri yaradılıb...davamı



Daha güclü, daha sağlam

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı ilə yanaşı, fiziki hazırlığının da yüksək səviyyədə olması vacib amillərdəndir. Əgər əsgər fiziki cəhətdən güclüdürsə, o, istənilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirmək qabiliyyətindədir. Şəxsi heyətin fiziki hazırlığını artırmaq məqsədilə ordumuzda dərslər keçirilir, kütləvi idman tədbirləri təşkil olunur...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı