Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 13:59

"Azərbaycan Ordusu" qəzeti - №20 (2236)

Təlimdə uğur - döyüşdə zəfər
Yüksəklikdə, düşmənlə təmas xəttində yerləşən artilleriya bölməsindəyik. Artilleriya bölmələrinin Azərbaycan Ordusunda özünəməxsus rolu vardır. Azərbaycanın hərb tarixində topçularımız hər zaman yüksək döyüş hazırlığı ilə fərqlənib...davamı

“Zabit olmağı düşünəndə birinci sinifdə oxuyurdum”
Qarşımda idmançı görkəmində bir zabit əyləşib. Onun haqqında qəzetimizə yazı hazırlamaq məqsədim təsadüfi olmadı. Tabeliyindəki şəxsi heyətlə söhbətlərimdən, bölmədə yaradılan şəraitlə tanışlıqdan qazandığım xoş təəssürat məni bu yazını hazırlamağa ruhlandırdı...davamı

“Ömür Vətən üçün yaşanılır”
Gizir Seymur Yusubov on ildir ki, Azərbaycan Ordusunda  xidmət edir. Müxtəlif hərbi hissələrdə olub. İki ilə yaxındır bu bölmədə xidmətini davam etdirir. Və istər kollektivin, istərsə də komandanlığın rəğbətini qazanıb. Onunla söhbətim məni də qürurlandırdı...davamı


Döyüş ruhumuz yüksəkdir
Güclü ordu üçün əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji hazırlığıdır. Döyüş ruhu, vətənpərvərlik ruhu güclü olan əsgərlə ən müasir texnika ilə təchiz olunmuş düşmənə də asanlıqla qalib gəlmək olar. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan Ordusunda şəxsi heyətin döyüş ruhu yüksək səviyyədədir...davamı

Gənclər dövlətçilik tariximizi öyrənirlər
Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyində Bilik Fondunun dəstəyilə məktəblilərin və tələbələrin iştirakı ilə gənc nəslin maariflənməsi istiqamətində seminar keçirildi. Seminarda Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, "Azərbaycanda Dövlət Gənclər siyasəti" mövzularında mühazirələr dinlənildi...davamı

Hərbi hissədə radio-qəzet
Bu bizim ilk radioverilişimizdir. Bu radio əsgərlər üçündür. Verilişlərimizdə şəxsi heyətin həyatı, mənəvi-psixoloji durumu, təlimlərdə nailiyyətləri və s. öz əksini tapacaq. Qabaqcıl təcrübənin yayılmasında, yeniliklərin üzə çıxmasında, idmanda, dərslərdə fərqlənənlərin tanınmasında əsgərlər də  iştirak edəcək...davamı

Hərbi geyimlər Vətənə sevgi ilə hazırlanır
Hərbi forma hər bir kəsdə izaholunmaz hisslər doğurur. Milyonların içində seçilir bu geyimi daşıyanlar. Vətənimizin keşiyində layiqincə duran oğulların məğrur görkəminə ayrı bir ahəng qatır. Qızğın döyüşlərdə, qışın şaxtasında, yayın istisində müqəddəs hərbçi mundiri onlara olan inamı, güvəni xatırladır...davamı

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətində hərbi dənizçilik aspektləri
1920-ci ilin əvvəlləri Cənub və Türküstan cəbhələrində Qızıl Ordunun bir sıra böyük qələbələri ilə əlamətdar oldu. Fevralın 6-da M.Frunzenin qoşunları Xəzər dənizinin ən böyük limanlarından olan Krasnovodsku tutmuşdu. 1920-ci il martın 18-də dəniz yolunun açılması ilə 8 yardımçı kreyserin, 18 esminesin, 19 kanonerin, 4 sualtı qayığın və s. daxil olduğu Volqa-Xəzər hərbi donanması Xəzərdə fəal döyüş əməliyyatlarına başladı...davamı

İşıqlarımız yanacaq, Zəhra bala!..
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin "N" hərbi hissəsində marafon xarakterli silsilə tədbirlərindən biri başa çatır. Əsgərlərimizlə görüşdən könül xoşluğu və əminliklə ayrılırıq. Bu əminliyi bizlərə Azərbaycan əsgəri bəxş etmişdi...davamı

“Böyüyəndə mən də əsgər olacam”
"N" hərbi hissəsinin yaranması günündə kifayət qədər könül xoşluğu  yaşayırdıq. Rayon ictimaiyyəti də, qonaqlar da, veteranlar da, hərbi hissənin əsgərləri də. 90-cı illərdə Tərtəri müdafiə edən əsgərlərin, zabitlərin ürəyini silkələmiş duyğuları sezmək, hiss etmək çətin deyildi. Əlil arabasında gətirilən keçmiş zabitin bir qədər dalğın, bir qədər kövrək, bir qədər qürurlu baxışları məni özünə çəkdi...davamı

“Vətənim Azərbaycan”
Şəxsiyyətin formalaşmasında musiqinin və poeziyanın böyük əhəmiyyəti vardır. Bu baxımdan Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığında digər vasitələr kimi musiqi və poeziyanın da imkanlarından səmərəli istifadə edilir, müxtəlif formatlı tədbirlər həyata keçirilir...davamı

“İdmanla məşğul olmaqdan yorulmuruq”
Əsgərlərin gündəlik fəaliyyətində fiziki hazırlığın da rolunu mütləq qeyd etməliyik. Fiziki hazırlıq əsgərlərin həm döyüş qabiliyyətinin artırılmasına, həm də sağlamlığının möhkəmləndirilməsinə kömək edən əsas amillərdən biridir. Əsgərlər idmanla nə qədər çox məşğul olsalar, fiziki cəhətdən möhkəm, güclü olurlar...davamı

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı