Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 13:49

“Vətənim Azərbaycan”

Şəxsiyyətin formalaşmasında musiqinin və poeziyanın böyük əhəmiyyəti vardır. Bu baxımdan Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığında digər vasitələr kimi musiqi və poeziyanın da imkanlarından səmərəli istifadə edilir, müxtəlif formatlı tədbirlər həyata keçirilir.
Martın 12-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycan Demokratik Respublikası və Silahli Qüvvələrin yaranmasının 100 illiyinə həsr edilmiş "Vətənim Azərbaycan" adlı şeir və mahnı müsabiqəsi başlanıb. Müsabiqə martın 16-na kimi davam edəcək.
Müsabiqə Bakı Qarnizonu hərbi qulluqçularının və onların ailə üzvlərinin istedad və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, milli-mənəvi dəyərlərin təbliği, hərbi vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilir.
Hərbi qulluqçuların bədii estetik dünyagörüşlərinin zənginləşməsi, mənəvi-psixoloji hazırlığının yüksəlməsi və mənəvi dəyərlərimiz əsasında formalaşdırılması bu tədbirin əsas qayəsini təşkil edir.
Seçim turunda iştirakçıların çıxışlarını qiymətləndirmək məqsədilə Mərkəzi Zabitlər Evinin mədəni-kütləvi iş bölməsinin müdiri Gülxar Məmmədovanın rəhbərlik etdiyi beş nəfərlik münsiflər heyəti seçilib. Onların əksəriyyəti Mərkəzi Zabitlər Evinin yaradıcı nümayəndələridir.
Müsabiqəni açıq elan edən Gülxar Məmmədova iştirakçılara uğurlar arzuladı.   
Müsabiqə 3 nominasiya üzrə nəzərdə tutulub:
- Vokal;
- Muğam və xalq
  musiqisi ifaçılığı;
- Bədii qiraət.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq.  
Günay TAĞIYEVA,"Azərbaycan Ordusu", fotolar Namiq PƏNAHOVUNDUR