Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 13:41

Hərbi hissədə radio-qəzet

Bu bizim ilk radioverilişimizdir. Bu radio əsgərlər üçündür. Verilişlərimizdə şəxsi heyətin həyatı, mənəvi-psixoloji durumu, təlimlərdə nailiyyətləri və s. öz əksini tapacaq. Qabaqcıl təcrübənin yayılmasında, yeniliklərin üzə çıxmasında, idmanda, dərslərdə fərqlənənlərin tanınmasında əsgərlər də  iştirak edəcək. Radiomuza məktublar yazacaqlar və onların məktubları əsasında inam və cəsarəti təbliğ edəcəyik. Verilişlərdə əsgər dostluğunun müqəddəsliyi də öz əksini tapacaq. Həmçinin radioda əsgərlərə məktəblilərin duyğu dolu məktublarını səsləndirə biləcəyik. Radiomuzda müsabiqələrin qaliblərini tanıdacağıq. Hərbi hissəmizin tarixini, döyüş yolunu, Vətən yolunda şəhid olan qəhrəmanlarını yaddan çıxarmayacağıq. Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan baş leytenant  Ziya Həsənov da belələrindəndir.
Şəhid zabitimiz barəsində düşünərkən İlahə Həmidovanın  yazdığı "Tanrı ucalığı" kitabını xatırlayıram:
- Şəhid varsa, Vətən var.
- Ən ali hiss və duyğu Vətən sevgisidir.
- Ziya Niyazi oğlu Həsənov (ölümündən sonra) "Hərbi xidmətdə fərqlənməyə" görə 3-cü dərəcəli medal ilə təltif olunub.
- Ziya  1989-cu ildə Ağdam rayonunda anadan olmuşdu.
- Müəllimləri dəfələrlə qeyd ediblər ki, Ziya öz vəzifəsini və tapşırıqlarını layiqincə yerinə yetirən bir hərbçi olacaqdır.
- Öz hərbi vəzifəsinə cani-dildən, ürəklə yanaşan Ziya Həsənova xidmətlərinə görə 2014-cü ildə baş leytenant rütbəsi verilmiş və həmin müddətdə medalla təltif olunmuşdu.
- "Qızıl paqonları qazanmaq üçün qızıl günləri qurban verməlisən"  -  Ziya belə deyərdi.
- Torpağın müqəddəsliyi, toxunulmazlığı hamını yumruq kimi birləşdirmişdi həmin aprel səhəri...
- Xalqın bu istəyi, qələbə arzusu əsgərlərimizin əzm və iradəsini, hünər və cəsarətini artırırdı.
- Tabeliyində olan əsgərləri qoruyan Ziya aprelin 5-də şəhid oldu. 
Radioverilişimizin biri də "Şərəf kitabı" adlanır. Burda mövzudan əlavə respublikamız, hərbi hissəmiz üçün  mühüm olan bəzi xəbərləri çatdırırıq. 
Ay  ərzində hərbi hissəmizdə diqqətəlayiq hadisələr də olur. Taborların çöl çıxışları,  təlimlərə hazırlıq və s. Verilişdə ayın yekunu haqqında məlumat verilir, döyüş və mənəvi-psixoloji hazırlığın səviyyəsinə görə fərqlənənlər qeyd edilir.
Zakir HÜSEYNOV, "N" hərbi hissəsi