Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 10 Dekabr 1996 00:02

1996-cı il dekabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təftiş qrupu Avropa Adi Silahlı Qüvvələrin məhdudlaşdırılması haqqında müqaviləyə əsasən Türkiyə Silahlı Qüvvələrinin nəzarət obyektlərini təftiş etmək məqsədilə Türkiyə Respublikasına getmişdir.

Müdafiə Nazirliyinin məlumatı 10 Dekabr 1996 00:01

1996-cı il dekabrın 9-da “N” bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin sədrliyi ilə Müdafiə Nazirliyi hərbi kollegiyasının geniş səyyar iclası keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 25 Noyabr 1996 00:01

1996-cı il noyabrın 25-dən 28-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində tərəfdaşlığı əlaqələndirmə üzrə direktor general-mayor K.Lanqe və polkovnik Medviç Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.

Müdafiə Nazirliyinin məlumatı 11 Noyabr 1996 00:01

1996-cı il noyabrın 13-dən 19-dək London şəhərində Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə iştirakçıları olan dövlətlərin verifikasiya mərkəzləri rəislərinin görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 10 Noyabr 1996 00:01

1996-cı il noyabrın 13-dən 15-dək Norfolk şəhərində (ABŞ-ın Vircinya ştatı) NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Aura-96” təlimi keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 9 Noyabr 1996 00:01

1996-cı il noyabrın 11-dən 16-dək Türkiyə Respublikasının İstanbul şəhərində Hərbi Dəniz Qüvvələrinin beynəlxalq yarışı keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 5 Noyabr 1996 00:01

4-8 noyabr 1996-cı il tarixdə Norveçin Stavanker şəhərində “Sülh Naminə Tərəfdaşlıq” proqramı üzrə “Banners-97” təlimi üçün partnyorlar hazırlamaq məqsədilə işgüzar görüş keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 4 Noyabr 1996 00:01

30 oktyabr – 3 noyabr 1996-cı il tarixdə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Əməliyyat İdarəsinin rəisi korgeneral Çətin Doğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin məlumatı 31 Oktyabr 1996 00:01

Azərbaycan Respublikası Müdafiə naziri general-leytenant S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 oktyabr 1996-cı il tarixdə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 29 Oktyabr 1996 00:01

29-30 oktyabr 1996-cı il tarixdə Minsk şəhərində Tərksilah üzrə Müştərək Məsləhətçi komissiyasının 10-cu növbəti iclası keçiriləcək.