AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 1-dən 5-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) sülhməramlı əməliyyatlar üzrə NATO kursları və iyunun 2-dən 9-dək Norxold şəhərində (Böyük Britaniya) “Kooperativ Bear – 98” təlimlərinin planlaşdırılması üzrə yekun konfransı keçiriləcəkdir.
Hər iki tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edirlər.