Mayın 28-də saat 23:35-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal olunmuş Ağdərənin Çerabert kəndi istiqamətindən, Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunun həmsərhəd ərazisində yerləşən mövqelərinə həmlə ilə soxulmağa cəhd göstərmişlər. Qəti cavab tədbirindən sonra düşmən canlı qüvvədə itki verərək əvvəlki mövqelərinə geri çəkilmişdir.
Mayın 28-dən 29-na keçən gecə isə saat 23:30-dan 00:15-dək düşmən qüvvələri Goranboy rayonunun işğal olunmuş Talış kəndinin şimalındakı mövqelərindən, Azərbaycan Ordusunun həmin rayonun Qazaxlı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur. Azərbaycan tərəfdən itki yoxdur.