Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı ordu generalı Hüseyn Kıvrıkoğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur.
Ordu generalı H.Kıvrıkoğlunun səfəri Azərbaycan Respublikası Silahlı Qüvvələri və hərbi təhsil sistemi ilə tanışlıq məqsədi daşıyırdı. O, Azərbaycan Respublikasının prezidenti H.Əliyev və Müdafiə naziri general-polkovnik S.Əbiyev tərəfindən qəbul edilmiş, Bakı Ali Hərbi Komandanlıq Məktəbində olmuşdur.
Ordu generalı H.Kıvrıkoğlu iyunun 4-də Ankaraya qayıtmışdır.