Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 24-də Ordu İdman Klubu stadionunda Azərbaycan Demokratik Respublikası yaradılmasının 80 illiyinə həsr edilmiş bayram tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant S.Əbiyev çıxış etmişdir. O, Milli İstiqlal günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin zabit və şəxsi heyətini təbrik etmişdir. Nazir Azərbaycan Respublikası Prezidenti H.Əliyevin mayın 22-də, “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü haqqında” imzaladığı Fərmanının tarixi əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, hər ilin 26 iyununun Respublika Silahlı Qüvvələri günü kimi qeyd edilməsi, ordu quruculuğunda tarixi varisliyi bir daha təsdiq edir.
Sonra “Azərbaycan – müstəqil dövlətim mənim!” adlı teatrlaşdırılmış kütləvi bayram mərasimi keçirilmişdir. Mərasimdə respublikanın incəsənət ustaları, Silahlı Qüvvələrin birləşmiş bədii özfəaliyyət kollektivləri və ordu idmançıları iştirak etmişlər.