AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 17-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi kollegiyasının geniş iclası keçirilmişdir.
Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çjan Qotsyanı və Silahlı Qüvvələr attaşesi polkovnik-leytenant Yan Syuqanı qəbul etmişdir.
Dekabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri xanım Asma Anisanı qəbul etmişdir.
Dekabrın 2-si və 3-də NATO-nun mənzil-qərargahı yerləşən Brüssel şəhərində (Belçika Krallığı) Avropa-Atlantika əməkdaşlığı Şurasının illik sessiyasında Müdafiə nazirlərinin iştirak etdiyi toplantıda Azərbaycan Respublikasını Müdafiə naziri general-leytenant Səfər Əbiyev təmsil edəcəkdir.
Noyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Bloxini və Silahlı Qüvvələr attaşesi I dərəcəli kapitan Vladimir Sukaçı onların xahişi ilə qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Müdafiə naziri marşal İqor Sergeyevin dəvətilə noyabrın 24-dən 26-dək Moskva şəhərində rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 26-dan dekabrın 6-dək Buxarest (Rumıniya) şəhərində “Kooperativ Determineyşn-99” çoxmillətli Komanda-Qərargah təlimləri keçiriləcəkdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Rusiya Federasiyası Marşalı İqor Sergeyevin dəvətilə 1999-cu il noyabrın 24-dən 26-dək Moskva şəhərində rəsmi səfərdə olacaqdır.
Noyabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Maddi-texniki təminat İdarəsinin rəisi general-leytenant Ünal Sipanioğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Oktyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Kanadanın Türkiyə və Azərbaycan Respublikalarındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab J.M.Düvalı qəbul etmişdir.