ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 27-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş Xocavənd rayonunun Kuropatkino kəndi sahəsindəki qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra yardımçıları polkovnik-leytenant Anton Xerdiç və Miroslav Vımetal iştirak edəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra yardımçısı polkovnik-leytenant Vladimir Tolkaç keçirəcəylər.