Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Mart 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 18-də Azərbaycan Repsublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Rusiya Federasiyasının Azərbaycan Repsublikasındakı keçmiş hərbi attaşesi I dərəcəli kapitan Sukaç Vladimir Mixayloviçi və yeni təyin olunmuş hərbi attaşe polkovnik Kurşakov Yuri Alekseyeviçi qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra Rusiya Federasiyasının Azərbaycan Repsublikasındakı hərbi attaşesi I dərəcəli kapitan V.Sukaça xidmət üçün təşəkkür etmiş və ona uğurlar arzulamışdır.
I dərəcəli kapitan V.Sukaç Azərbaycanın Müdafiə nazirinə 4 il müddətində diqqət və qayğısını hiss etdiyinə görə təşəkkür etmişdir. O, qeyd etmişdir ki, Azərbaycandan yüksək təəssüratla ayrılır və burada keçirdiyi xidmət illərini heç vaxt unutmayacaqdır.
Sonra Rusiya Federasiyasının Azərbaycan Repsublikasında yeni təyin olunmuş hərbi attaşesi polkovnik Y.Kurşakov özünü general-polkovnik S.Əbiyevə təqdim etmiş və yeni vəzifədə Rusiya-Azərbaycan hərbi əməkdaşlığının canlanması üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
General-polkovnik S.Əbiyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin bu ilin yanvar ayında Azərbaycan Repsublikasına rəsmi səfərindən sonra Azərbaycan-Rusiya münasibətlərinin, o cümlədən, hərbi-siyasi əlaqələrinin sağlam zəmində inkişaf etdiyini qeyd edərək Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı yeni hərbi atttaşesinə fəaliyyətində uğurlar arzulamışdır.