Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 2001 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO-nun Beynəlxalq Hərbi Qərargahının direktor müavini - Regional Təhlükəsizlik və Əməkdaşlıq İdarəsinin rəhbəri general-mayor Reno Dastor mart ayının 28-dən 30-dək Bakıda rəsmi səfərdə olacaqdır.
"Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən bu səfər zamanı qonaq Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsi, həmçinin digər dövlət qurumları və NATO dövlətlərinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərilə görüşlər keçirəcək. General-mayor Reno Dastor Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin “NATO-SNT” kafedrası ilə tanış olacaq, Azərbaycan Silahlı Qüvvələrinin təhsil və təlim proqramının genişləndirilməsi məsələlərini müzakirə edəcəkdir.