Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 6-da Azərbaycan Respublikası Qazax rayonunun Balacəfərli və Ermənistan Respublikası Tavuş rayonunun Kayan yaşayış məntəqələri sahəsindəki qoşunların təmas xəttində monitorinq keçiriləcək.
Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra yardımçısı polkovnik leytenant Anton Xerdiç iştirak edəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra yardımçıları polkovnik-leytenant Miroslav Vımetal və Vladimir Tolkaç keçirəcəklər.