AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avro-Atlantika Tərəfdaşlığına daxil olan dövlətlərin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün iyunun 5-də Brüssel şəhərinə (Belçika Krallığı) yola düşmüşdür.
NATO ilə Azərbaycan Respublikası arasında imzalamış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 3-dən 7-dək Latina şəhərində (İtaliya) NATO-nun Rabitə və İnformasiya sistemləri üzrə kursu, iyunun 3-dən 7-dək və iyunun 3-dən 14-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) müvafiq olaraq Ehtiyatların idarə olunmasının təhsil proqramı üzrə və Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilə çərçivəsində inspeksiyanın aparılması üzrə kurslar keçirilir.
Mayın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Tərəfdaşlığın Koordinasiyası Qrupunun direktoru general Boleslav İzidorçiki qəbul etmişdir.
Mayın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının Xüsusi əməliyyatlar üzrə komandanı briqada generalı Lesli Fullerin rəhbərliK etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Mayın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Planlaşdırması və Mənbələrin İstiqamətləndirilməsi İdarəsinin rəisi briqada generalı Cihangir Dumanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Mayın 8-də Azəbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev faşizm üzərində tarixi qələbənin 57-ci ildönümü münasibətilə ikinci Dünya müharibəsinin bir qrup veteranını qəbul etmişdir.
Mayın 7-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Türkiyə Respublikasının Müdafiə naziri cənab Səbahəddin Çakmakoğlunun təntənəli qarşılanma mərasimi olmuşdur.
Aprelin 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Tərəfdaşlıq Milli Təlim Mərkəzi və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzinin Mobil Təlim Qrupu tərəfindən birgə təşkil edilən “NATO-Sülh Naminə Tərəfdaşlıq Oriyentasiyası və Silahlı Münaqişələr Hüququ” mövzusunda kursun açılış mərasimi olmuşdur.
Aprelin 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Çjan Siyunu qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Bakıda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə katibi, istefada olan general-leytenant Həmid Navaz Xanın aprelin 15-də Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuşdur.