Mayın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Tərəfdaşlığın Koordinasiyası Qrupunun direktoru general Boleslav İzidorçiki qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq bildirmişdir ki, Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığının əsası 1994-cü ildə qoyul¬muş-dur. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev prezentasiya sənəd-lə¬rini NATO-nun Baş Katibinə təqdim etdikdən sonra bu əməkdaşlıq inkişaf etməyə başla-mışdır.
Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirak edir, Avropa və dünyanın təhlükəsizlik strukturlarına inteqrasiya edir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə minnətdarlıq edən general B.İzidorçik qeyd etmişdir ki, Azərbaycana bu səfərimdən təəssüratım zəngindir.
Mən demək olar ki, keçmiş SSRİ məkanında müstəqillik əldə edən bütün dövlətləri gəzmişəm. Lakin Silahlı Qüvvələr quruculuğunda Azərbaycanda əldə edilən tərəqqini heç yerdə görmədim. Azərbaycan Silahlı Qüvvələrinin Akademiyasında, Təlim Tədris Mərkəzində, Azərbaycan Ali Hərbi Məktəbində oldum, zabit və kursantlarla söhbətlər etdim. Müharibə şəraitində işləməyinizə baxmayaraq, deməliyəm ki, bu istiqamətdə gördüyünüz işlərin qiyməti çox yüksəkdir.
Azərbaycan Silahlı Qüvvələrinin “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirak etdiyini vurğulayan general B.İzidorçik NATO-nun Tərəfdaşlığın Koordinasiya Qrupunun strukturu və fəaliyyəti haqqında Müdafiə nazirinə ətraflı məlumat vermişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi haqqında qonağı məlumatlandırmışdır.
O, demişdir ki, Azərbaycan müstəqilliyi uğrunda mübarizəni Ermənistan tərəfindən zorla cəlb edildiyi işğalçılıq müharibəsi şəraitində aparmışdır. Ermənistan havadarlarının yardımı ilə Azərbaycanın 20 faiz torpaqlarını işğal etmişdir. Hazırda bu ərazilərdə külli miqdarda nəzarətdən kənar silah sursat toplanmışdır. 1993-96-cı illər ərzində bu ərazilərdən dünyanın müxtəlif terror təşkilatlarına 76 milyon dollarlıq məbləğində silah-sursat ötürülmüş, ASALA, PKK və digər terror təşkilatlarının üzvləri burada təlimlər keçmişdir. Bu ərazilərdə narkotik maddələr əkilmiş və buradan narkotik maddələrin daşınması üçün tranzit kimi istifadə edilmişdir.
1994-cü ildən atəşkəs rejiminin əldə edilməsinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllində real irəliləyiş qeyd olumayıb. Çünki terroru dövlət siyasəti səviyyəsində destəkləyən işğalçı Ermənistan bu məsələnin həllində destruktiv mövqe tutur. Dünya ictimaiyyəti tələb etməlidir ki, işğalçı Ermənistanın Silahlı Qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılsın.
Buna cavab olaraq general B.İzidorçik demişdir: “Sizinlə razıyam ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinə təsir etməli və bu prosesi sürətləndirməlidir”.
Görüşün sonunda general-polkovnik S.Əbiyev demişdir: “Biz “Sülh Naminə Tətəfdaşlıq” proqramının bütün müddəalarını yerinə yetiririk, hərbi təhsil sistemini demək olar ki, NATO standartlarına yaxınlaşdırmışıq”.