Aprelin 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Tərəfdaşlıq Milli Təlim Mərkəzi və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzinin Mobil Təlim Qrupu tərəfindən birgə təşkil edilən “NATO-Sülh Naminə Tərəfdaşlıq Oriyentasiyası və Silahlı Münaqişələr Hüququ” mövzusunda kursun açılış mərasimi olmuşdur.
Kursun rəhbəri Türkiyə Respublikası Silahlı Qüvvələri Təlim və Doktrina Komandanlığının təlim və tədris rəisi briqada generalı Zekai Papuççuoğludur.
Tədbir aprelin 26-dək davam edəcəkdir.