Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 8-də Azəbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev faşizm üzərində tarixi qələbənin 57-ci ildönümü münasibətilə ikinci Dünya müharibəsinin bir qrup veteranını qəbul etmişdir.
Veteranları salamlayan Müdafiə naziri onları xalqımızın qəhrəmanlıq tarixinin canlı nümunələri kimi qiymətləndirmiş və Silahlı Qüvvələrimizin şəxsi heyətinə örnək olduqlarını söyləmişdir.
General-polkovnik S.Əbiyev demişdir: “Siz yaxşı bilirsiniz ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə hansı uğurlar və nailiyyətlər əldə edilmişdirsə, bu, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab Heydər Əliyevin adı ilə bağlıdır. Məhz cənab Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə ölkəmiz xaosdan, anarxiyadan, vətəndaş müharibəsi təhlükəsindən, dövlət çevrilişi cəhdlərindən xilas olmuş, ictimai, siyasi, iqtisadi, sosial həyatımızda, həmçinin ordu  quruculuğunda yeni mərhələnin əsası qoyulmuşdur”.
Fikrini davam etdirən Müdafiə naziri veteranların şəxsi fədakarlığının və Azərbaycan milli diviziyalarının qəhrəmanlıq tarixinin bu günkü ordu gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını  xüsusilə  vurğulamışdır.  
Çıxışını yekunlaşdıran Müdafiə naziri veteranların hər birinə cansağlığı və xoşbəxtlik arzulamışdır.
Sonra ikinci Dünya müharibəsində tarixi qələbənin 57-ci ildönümü münasibətilə bir  qrup veterana qiymətli hədiyyələr  təqdim  edilmişdir.
Sovet İttifaqı qəhrəmanı istefada olan polkovnik Məlik Məhərrəmov veteranlar adından çıxış edərək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevə 9 may Qələbə bayramını bərpa etməsi ilə əlaqədar təşəkkür etmişdir.
Görüşün sonunda general-polkovnik S.Əbiyev veteranları Silahlı Qüvvələrdə və onun təhsil sisetemində  aparılan islahatlar  barəsində  ətraflı məlumatlandırmışdır.
Tədbir veteranların şərəfinə verilən nahar ziyafəti ilə sona çatmışdır.