AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müdafiə sahəsində İkitərəfli Azərbaycan-ABŞ Məsləhətləşmə Qrupunu tam heyətdə qəbul etmişdir.
Martın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müdafiə Sahəsində İkitərəfli ABŞ-Azərbaycan Məsləhətləşmə Qrupunun ABŞ tərəfdən rəhbəri xanım Mira Rikardeli qəbul etmişdir.
Müdafiə sahəsində ikitərəfli ABŞ-Azərbaycan məsləhətləşmə qrupunun üzvləri martın 26-da Vaşinqtondan Bakıya gəlir.
Martın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Timo Aleks Lahelmanı qəbul etmişdir.
Martın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Kollecinin müəllim və dinləyicilərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün fevralın 26-da Sankt-Peterburq şəhərinə yola düşmüşdür.
Yanvarın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyasının prezidenti cənab Rafael Estrellanı və NATO Parlament Assambleyasının Baş katibi cənab Saymon Lannı qəbul etmişdir.
Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Əhəd Qəzayini və İran İslam Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi general-mayor Musa Şəhabini qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 17-si və 18-də Oberommerqau şəhərində (Almaniya Federativ Respublikası) 2002-ci il üçün planlaşdırma simpoziumu keçiriləcəkdir.
Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilsonu və yeni təyin olunmuş hərbi attaşesi mayor Mark Casperi qəbul etmişdir.