Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 21-dən 23-dək Vilnüs şəhərində (Litva) “Cənubi Qafqaz: Sabitliyin yaradılması və NATO ilə əməkdaşlıq çərçivəsində xarici yardımlardan istifadə” mövzusunda konfrans, sentyabrın 22-dən 26-dək Bonn şəhərində (AFR) “Bioloji risklər” mövzusunda seminar, Oberammerqau şəhərində (AFR) “NATO Qərargah zabitləri kursu”, sentyabrın 22-dən oktyabrın 2-dək Brüssel şəhərində (Belçika Krallığı) “NATO-nun Beynəlxalq Hərbi Qərargahı və Tərafdaşlığın Koordinasiya Qrupu ilə tanışlıq proqramı”, sentyabrın 22-dən oktyabrın 3-dək Cenevrə şəhərində (İsveçrə) “Sülhü dəstəkləmə əməliyyatlarında minalardan təmizləmə tədbirləri zamanı informasiya sisteminin tətbiqi” üzrə kurs, sentyabrın 22-dən oktyabrın 10-dək Herisau şəhərində (İsveçrə) “Çavuş heyəti üçün manqa komandirlərinin təkmilləşdirilməsi” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.