Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 11 May 2005 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 10-da saat 18:50-də Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1 km.

Müdafiə Nazirliyinin məlumatı 10 May 2005 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 9-dan 13-dək Viskov şəhərində (Çexiya Respublikası) “Yüksək rütbəli zabitlər üçün kurs”, mayın 9-dan 20-dək Vilnüs şəhərində (Litva Respublikası) “Təhlükəsizlik siyasəti kursu”, mayın 9-dan 20-dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Qərargah zabitləri üçün hərbi terminalogiya təlimi”, mayın 10-dan 27-dək Baumholder şəhərində (Almaniya Federativ Respublikası) «Combined Endeavour 2005» təlimi keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 10 May 2005 00:00

Mayın 9-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 20:35-dən 20:50-dək Ağdam rayonunun işğal olunmuş Seyidli kəndinin şərqində və Sarıcalı kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qaradağlı kəndi ərazisində yerləşən mövqelərini;- saat 23:00-dan 23:10-dək Ağdam rayonunun işğal olunmuş Cəvahirli kəndinin 1,5 və 1 km.

Müdafiə Nazirliyinin məlumatı 6 May 2005 00:03

Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Yusif Əhməd Əl Şərqavini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 6 May 2005 00:01

Mayın 6-da saat 10:30-da Tərtər rayonunun Qapanlı kəndi sahəsində, qoşunların təmas xəttində, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 6 May 2005 00:00

Mayın 5-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 19:30-dan 19:55-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndinin şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini;- saat 20:30-dan 21:30-dək Ağdam rayonunun işğal olunmuş Nəmirli kəndinin şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini;-saat 21:25-dən 21:45-dək Xocavənd rayonunun işğal olumuş Kuropatkino kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;-saat 22:35-dən 22:55-dək Cəbrayıl rayonunun işğal olunmuş Mehdili kəndinin şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisindəki üzbəüz mövqelərini;-saat 22:45-dən 23:10-dək Cəbrayıl rayonunun işğal olunmuş Mehdili kəndinin şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Cocuq Mərcanlı kəndi ərazisindəki mövqelərini avtomatlardan, pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 5 May 2005 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 6-da Tərtər rayonunun Qapanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 4 May 2005 00:01

Mayın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin Siyasi Ofisinin Hərbi Təhlükələrin Birgə Azaldılması üzrə məsləhətçisi cənab Endrü Veberi və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 30 Aprel 2005 00:00

Aprelin 29-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 02:35-dən 02:50-dək Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdürəhmanlı kəndinin 0,6 km.

Müdafiə Nazirliyinin məlumatı 30 Aprel 2005 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qatar dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həməd Bin Ali Əl Attiyahın dəvətilə aprelin 26-da və 27-də Doha şəhərində rəsmi səfərdə olmuşdur.