Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 9-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 20:35-dən 20:50-dək Ağdam rayonunun işğal olunmuş Seyidli kəndinin şərqində və Sarıcalı kəndinin şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Qaradağlı kəndi ərazisində yerləşən mövqelərini;
- saat 23:00-dan 23:10-dək Ağdam rayonunun işğal olunmuş Cəvahirli kəndinin 1,5 və 1 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Əhmədağalı kəndinin ərazisində yerləşən üzbəüz mövqelərini avtomatlardan və puleymyotlardan atəşə tutmuşlar.
Hər iki halda düşmən cavab atəşilə susdurulmuşdur.
 İtki yoxdur.