Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qatar dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həməd Bin Ali Əl Attiyahın dəvətilə aprelin 26-da və 27-də Doha şəhərində rəsmi səfərdə olmuşdur.
Aprelin 26-da general-polkovnik S.Əbiyev Qatar dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həməd Bin Ali Əl Attiyah, Qatar dövlətinin vəliəhdi Şeyx Tamim Bin Həməd Əl Tani, Qatar dövləti Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Əli Həməd Əs-Surəti ilə görüşlər keçirmişdir.
Görüşlərdə Azərbaycan Respublikası ilə Qatar dövləti arasında əməkdaşlıq, o cümlədən hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir. General-polkovnik S.Əbiyev iki dövlət arasında hərbi əməkdaşlıq haqqında Sazişin layihəsini Qatar dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həməd Bin Ali Əl Attiyaha təqdim etmiş və onu Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
Aprelin 27-də Qatar dövlətinin Əmiri Şeyx Həməd Bin Xəlifə Əl Tani general-polkovnik S.Əbiyevi qəbul etmişdir.
Görüş zamanı Əmir Şeyx Həməd Bin Xəlifə Əl Tani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Qatar dövlətinə rəsmi səfərini xatırlayaraq səfərin yüksək səviyyədə keçdiyini bildirmişdir.
 General-polkovnik S.Əbiyev səmimi qəbul üçün Qatar dövlətinin başçısına təşəkkür etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin səmimi salamlarını çatdırmış və məktubunu ona təqdim etmişdir.
General-polkovnik S.Əbiyev burada keçirdiyi görüşlər haqqında Əmir Şeyx Həməd Bin Xəlifə Əl Taniyə məlumat vermiş və öz təəssüratını ona bildirmişdir.
Nümayəndə heyəti aprelin 29-da Vətənə qayıtmışdır.