Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 29-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 02:35-dən 02:50-dək Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdürəhmanlı kəndinin 0,6 km. şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Quvvələrinin həmin kəndin 0,2 km. qərbində yerləşən üzbəüz mövqelərini;
- saat 06:50-dən 07:15-dək Xocavənd rayonunun işğal olunmuş Qarakənd kəndinin ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunun işğal olunmuş Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən üzbəüz mövqelərini;
- saat 07:20-dən 07:26-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 2,5 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin 2,8 km. cənub-şərqində yerləşən üzbəüz mövqelərini;
- saat 09:15-dən 09:30-dək Ağdam rayonunun işğal olunmuş Mərzili kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan, pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
Aprelin 30-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 06:00-dan 06:10-dək Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdürəhmanlı kəndinin 0,8 km. cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin 0,6 km. cənub-qərbində yerləşən üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.