Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 10-da saat 18:50-də Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1 km. şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
- saat 21:15-də Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdürrəhmanlı kəndinin 1 km. qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini;
-  mayın 11-də saat 04:30-dan 05:30-dək Ağdam rayonunun işğal olunmuş Nəmirli kəndinin 0,4 km. şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan, pulemyot və snayper tüfənglərindən atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.