Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 6-da saat 10:30-da Tərtər rayonunun Qapanlı kəndi sahəsində, qoşunların təmas xəttində, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilmişdir.
Saat 10:34-də monitorinq keçirildiyi sahənin təxminən 1km. sol cinahında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
ATƏT-in monitorinqi keçirən nümayəndələri bu hadisənin şahidi olmuş və bu barədə Ermənistan Silahlı Qüvvələrinin monitorinqdə iştirak edən rəhbərliyinə xəbərdarlıq edilmişdir.