Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 5-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 19:30-dan 19:55-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndinin şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini;
- saat 20:30-dan 21:30-dək Ağdam rayonunun işğal olunmuş Nəmirli kəndinin şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini;
-saat 21:25-dən 21:45-dək Xocavənd rayonunun işğal olumuş Kuropatkino kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
-saat 22:35-dən 22:55-dək Cəbrayıl rayonunun işğal olunmuş Mehdili kəndinin şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisindəki üzbəüz mövqelərini;
-saat 22:45-dən 23:10-dək Cəbrayıl rayonunun işğal olunmuş Mehdili kəndinin şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Cocuq Mərcanlı kəndi ərazisindəki mövqelərini avtomatlardan, pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
 İtki yoxdur.