Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin Siyasi Ofisinin Hərbi Təhlükələrin Birgə Azaldılması üzrə məsləhətçisi cənab Endrü Veberi və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan ABŞ ilə siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıq edir. Bu əməkdaşlıq NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində və ikitərəfli əsasda davam etdirilir. Hesab edirəm ki, iki dövlətin hərbi sahədə əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Biz bu əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq əzmindəyik.
Cənab E.Veber qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir   ki, ABŞ Müdafiə Nazirliyinin rəhbərliyi adından və şəxsən öz adımdan deyirəm ki, Azərbaycan Respublikası beynəlxalq terrorizmlə mübarizədə əhəmiyyətli rol oynayır. 11 sentyabr hadisələrindən sonra biz Azərbaycanla etdiyimiz strateji əməkdaşlığı  yüksək qiymətləndiririk.
Görüş zamanı tərəflər müdafiə sahəsində ikitərəfli  perspektivləri haqqında ətraflı fikir mübadiləsi etmişlər.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik-leytenant Brendan Makalun iştirak etmişdir.