AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 10-da saat 04:30-dan 04:40-dək Ağdam rayonunun işğal olunmuş Nəmirli kəndinin şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 10-dan 15-dək Vyana şəhərində (Avstriya Respublikası) “Sülh Naminə Tərəfdaşlıq Konsorsiumunun VIII illik konfransı” və iyunun 13-dən 17-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Birgə tibbi planlaşdırıcılar” kursu keçirilir.
İyunun 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Baş Qərargahının Müdafiə və Mənbələri idarəetmə İdarəsinin rəisi briqada generalı Əli Akdoğanı qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 7-də saat 21:35-dən 21:50-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1 km.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avroatlantika Tərəfdaşlıq Şurası çərçivəsində NATO üzvü və tərəfdaş dövlətlərin Müdafiə nazirlərinin növbəti iclasında iştirak etmək üçün iyunun 8-də Brüssel şəhərinə yola düşmüşdür.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 6-da saat 19:50-də Qazax rayonunun Məzəmli kəndinin 0,5 km.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 6-dan 10-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Açıq mənbələrdən kəşfiyyat” kursu, Kişinyov şəhərində (Moldova Respublikası) “Qara Dəniz Təhlükəsizlik proqramı məzunlarının görüşü” və Tbilisi şəhərində (Gürcüstan Respublikası) “Fövqəladə hallarla bağlı təlim” keçirilir.
İyunun 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev ABŞ Konqresinin Nebraska ştatından olan baş senatoru cənab Çak Haqeli, ABŞ Müdafıə Nazirliyi Avroasiya İdarəsinin baş direktoru cənab Ceyms Makduqalı və ABŞ-ın Avropadakı Silahlı Qüvvələri Baş Komandanının müavini general Çarlz Uoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 1-də Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 1-dən 3-dək Portsmus şəhərində (ABŞ) “Birgə əməliyyatlar üzrə konfrans” keçirilir.