AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avroatlantika Tərəfdaşlıq Şurası çərçivəsində NATO üzvü və tərəfdaş dövlətlərin Müdafiə nazirlərinin növbəti iclasında iştirak etmək üçün iyunun 8-də Brüssel şəhərinə yola düşmüşdür.
İclas 9-10 iyunda NATO-nun mənzil qərargahında keçiriləcəkdir.