Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 7-də saat 21:35-dən 21:50-dək Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1 km. şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
- saat 23:20-dən 23:45-dək Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli kəndinin 1,2 km. cənubundakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmənə cavab atəşi açılmışdır.
İtki yoxdur.