Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 1-dən 3-dək Portsmus şəhərində (ABŞ) “Birgə əməliyyatlar üzrə konfrans” keçirilir.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 1-dən 3-dək Bakı şəhərində ekspertlərin işçi görüşü, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 1-dən 6-dək Bakı şəhərində “Birgə komleks və əməliyyata hazırlıq yoxlaması” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.