Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 10-dan 15-dək Vyana şəhərində (Avstriya Respublikası) “Sülh Naminə Tərəfdaşlıq Konsorsiumunun VIII illik konfransı” və iyunun 13-dən 17-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Birgə tibbi planlaşdırıcılar” kursu keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 10-dan iyulun 1-dək Yalova şəhərində (Türkiyə Respublikası) “Mərmilər və partlayıcılar” üzrə kurs, iyunun 13-dən oktyabrın 28-dək İzmir şəhərində (Türkiyə Respublikası) “Partlayıcı mərmilərin zərərsizləşdirilməsi” üzrə kurs və Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 13-dən iyulun 8-dək Bremerhaven şəhərində (Almaniya Federativ Respublikası) “Dəniz rabitəçiləri təlimatçıları üçün kurs” keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.